
“Araz-Naxçıvan” Azər Bağırovla yollarını ayırdı
“Araz-Naxçıvan” klubu baş məşqçisi Azər Bağırovla vidalaşıb.
Komanda.az Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bağırovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında birinci divizionda çempion olub. Komanda Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin