“Araz-Naxçıvan” 2 oyunçu ilə anlaşıb
“Araz-Naxçıvan” futzal klubu heyətini iki oyunçu ilə gücləndirib.
Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu 28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli ilə anlaşıb.
Hər iki futzalçı qeydiyyatdan keçirilib və sabah “Baku Fire” ilə baş tutacaq görüşdə iştirak edə biləcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin