“Araz-Naxçıvan” 2 futbolçu ilə müqavilə müddətini uzadıb

*Araz-Naxçıvan” daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsüm komandanın heyətində yer alan Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan sözləşməni yeniləyən, Bar Koen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button