“Araz-Naxçıvan” 2 futbolçu ilə müqavilə müddətini uzadıb

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki oyunçu ilə anlaşma bir illikdir.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button