“Araz-Naxçıvan” 11 futbolçu ilə müqavilə imzaladı

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Araz-Naxçıvan” 11 futbolçu ilə müqavilə imzalayıb.

Komanda.az kluba istinadən xəbər verir ki, həmin oyunçuların hamısı yerlidir.

Ötən mövsüm 27 qolla birinci divizionun bombardiri olan Orxan Əliyev, eləcə də, komandanın elitaya vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib.

“Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcəklər. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan sözləşmə mövsümün sonuna qədər nəzərdə tutulub.

“Araz-Naxçıvan” buna qədər üç legionerlə – Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button