“Araz” cari mövsümdə ilk dəfə EKOL-a qalib gəldi

Bu gün futzal üzrə Yüksək Liqada 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, tura ilk “3-lüy”ü qapayan “Neftçi” ilə ortabablardan hesab edilən “Yasamal” MFK-nın dueli ilə start verilib. “Neftçi”nin ardıcıl hücumları hesabda da əksini tapıb. Nominal meydan sahibləri böyükhesablı qələbə qazanıb.

Turun mərkəzi oyununda lider ən yaxın izləyicisi ilə qarşılaşıb. Cari mövsümdə “Araz”ın EKOL-u yenə bilməməsi isə oyuna əlavə maraq qatıb. Sözügedən komanda uğursuz gedişata məhz bu oyunda son qoymağı bacarıb.

Turun və 3-cü dövrənin son oyunu Hadi Rezvanın 21 qol vurması və bombardirlik yarışında yenidən birinci sıraya yüksəlməsi ilə yadda qalıb.

Yüksək Liqa, 21-ci tur

9 mart

Neftçi İK – Yasamal MFK 15:0
Qol: R. Balakişiyev, 0:21, 15:07, O. Baxşəlizadə, 03:32, 24:42, 26:07, V. Şəfayi, 06:40, 30:05, 17:28, T. İsmayılov, 11:35, M. Katebi, 15:45, 38:59, O. Oraz, 16:20 (ö/q), S. Şahnazi, 20:56, 22:08, V. Xocayev, 27:18.
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, İsgəndər Əliyev.
Olimpik Star. Saat 12:30.

Araz – EKOL 7:3
Qol: İ. Atayev, 0:30, M. Neyməti, 05:29, 05:36, Ali Mikaeli, 17:31, Z. Fərziyev, 36:28 (ö/q), H. Seyidabolfaz, 38:45, X. Bağırov, 38:56 // F. Atakişiyev, 14:21, S. Həmzəyev, 19:42, F. Ələkbərov, 22:04.
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Mehman Mahmudov
Olimpik Star. Saat 14:30.

Liman – Xəzər Cənub 3:34
Qol: P. Tanırverdiyev, 07:14, 07:49, 30:34 // İ. Surqalı, 0:12, 35:11, H. Rezvan, 01:27, 03:37, 06:23, 06:41, 11:00, 13:27, 15:49, 17:18, 17:29, 17:54, 18:41, 19:02, 19:55, 20:45, 30:10, 30:26, 31:44, 34:36, 34:40, 38:17, 39:07, M. Pənahande, 02:50, 07:43, 11:57, 27:15, F. Mazaheri, 13:50, 15:19, 36:24, E. Əliyev, 16:45 (ö/q), İ. Mirzəyev, 36:08, 38:48, 39:44.
Hakimlər: Fuad Həsənov, Kənan Məlikov, Vüsal Balaşov.
Olimpik Star. Saat 16:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button