“Araz” son sınağından da məğlub ayrıldı
“Araz” bu gün futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv “Xerson”la qarşılaşıb. Ukrayna çempionu ilə görüş təmsilçimizin növbəti məğlubiyyəti ilə başa çatıb.
“Araz” bundan əvvəl “Halle-Gooik”ə 1:5, “Benfika”ya isə 0:7 hesabı ilə uduzub.
Futzal, Çempionlar Liqası, əsas mərhələ
12 oktyabr
Xerson (Ukrayna) – Araz 8:3
Qol: R.David, 08:24; 25:44. İ.Korsun, 09:43. L.Lanko, 18:30. P.Şoturma, 22:22; 39:24. M.Bilotserkivets, 23:26; 30:01 – M.Zavriç, 04:04-öz qapısına. İ.Atayev, 29:52. X.Bağırov, 39:05.
Xerson: 19. Yuri Savenko (q), 4. Dani Fernandes, 5. Vitali Skori (k), 10. Roninyo, 11. Mixaylo Volianyuk, 17. İllia Bakinskyi (k), 2. Riçard David, 8. Dmitri Sorokin, 9. Mixaylo Zavriç, 12. Petro Şoturma, 13. Levgen Lanko, 15. Mikola Bilotserkivets, 18. Maksim Bessalov, 20. İhon Korsun.
Baş məşqçi: Xavi Rodriqes Nebreda.
Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 19. Vladislav Reznov (q), 10. Nihad İsmayılov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio Da Silva.
Bizi Facebook-da izləyin