
Araz Abdullayevli “Lapi” darmadağınla zirvədə
Kosovo çempionatında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevun formasını geyindiyi “Lapi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv 5-ci tur çərçivəsində “Feronikeli”nin qonağı olub və 3:0 hesablı qələbəyə sevinib. Araz görüşün 73-cü dəqiqəsində meydana buraxılıb.
“Lapi” hazırda 10 xalla zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin