
Araz Abdullayevli “Boluspor” 4 qola üzüldü
Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Bursaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
8 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin