
Araz Abdullayevin komandası yenə uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
15 turdan sonra hesabında 13 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin