Araz Abdullayevin komandası Türkiyə kubokunda mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda bu mərhələdə Super Liqa təmsilçisi “Antalyaspor”la qarşılaşıb. Rəqibinə minimal hesabla uduzan 1-ci liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub.

Araz da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Abdullayev 55-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button