Araz Abdullayevin klubunda koronavirus şoku: Daha 5 futbolçu yoluxdu
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Boluspor” klubunun daha 5 futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dünən götürülən testlərdə 5 futbolçu, 1 məşqçi və 3 klub işçisinin koronavirus testi pozitiv nəticələnib. Həmin şəxslər karantinə alınıb.
Daha əvvəl klub 3 futbolçu və 3 klub işçisi olmaqla 6 nəfərin koronavirusa yoluxduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin