Araz Abdullayev Kipr klubunda

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayevin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu Kiprin “Etnikos” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsümü Türkiyənin “Boluspor” klubunda keçirib. O, daha öncə “Neftçi”, “Qarabağ”, “Panionios”, “Qəbələ” və “Anortosis” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button