Arauxonun yeni müqaviləsində diqqət çəkən detallar
Klubların “Barselona”dan müdafiəçi Ronald Arauxonu hansı məbləğə ala biləcəyi məlum olub.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsində 65-70 milyon avroluq satın alma maddəsi var.
Bununla belə, bu, “Barselona”nın Çempionlar Liqasındakı birbaşa rəqiblərinə şamil edilmir. Bildirilir ki, Arauxonu kataloniyalılarla danışıqlar aparmadan yalnız Səudiyyə Ərəbistanı klubları, eləcə də İngiltərə Premyer Liqasının bəzi təmsilçiləri ala bilər.
25 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin