Premyer Liqanın 2 klubu Arauxonu istəyir
“Barselona”nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə Premyer Liqanın iki aparıcı klubu maraqlanır. Söhbət “Çelsi” və “Mançester Yunayted”dən gedir.
Uruqvaylı müdafiəçinin transfer dəyəri 70 milyon avro qiymətləndirilir. Onun “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Hazırda zədəli olan Arauxo İspaniya çempionatının ötən mövsümündə 25 matçda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin