Flik: “Arauxo bizə xüsusi bir şey verir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Ronald Arauxonun gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Arauxonun gələcəyi ilə bağlı heç bir şübhəsinin olmadığını bildirib:
“Mənim Arauxonun gələcəyi ilə bağlı heç bir şübhəm olmayıb. Onun bizimlə olmasına çox şadam. Azarkeşlərin bu gecə onu necə alqışladığını gördüz”.
Flik İspaniya kubokunda “Betis” üzərində 5:1 hesablı qələbədən sonra verdiyi müsahibədə sözlərinə belə davam edib:
“Arauxo bizə xüsusi bir şey verir”.
Arauxonun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Klub rəhbərliyi anlaşmanın uzadılmasında maraqlıdır. “Yuventus”un uruqvaylı müdafiəçi ilə maraqlandığı bildirilsə də, o, “Barselona”da qalmaq qərarına gəlib.
Bizi Facebook-da izləyin