Arauxonun “Barselona” qarşısında şərti var

“Barselona”nın müdafiəçisi Ronald Arauxo gələcək planları ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu “Barsa”dan yüksək maaşla yeni müqavilə istəyir. Belə ki, o, İngiltərə və Almaniya klublarının ona təklif etdiyi qədər pul qazanmaq niyyətindədir.

“Barselona” Arauxonun maliyyə tələblərini təmin etməsə, uruqvaylı müdafiəçi 2026-cı ilin yayında, müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandanı tərk edəcək.

“Bayern” yanvarda 25 yaşlı futbolçu ilə maraqlansa da, “Barselona” rəhbərliyi onu satmaqdan imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button