Kapitan “gəmi”ni tərk etmək istəmir

“Barselona”nın müdafiəçisi Ronald Arauxo uzunmüddətli perspektivdə klubda qalmaq niyyətindədir.

26 yaşlı futbolçu barədə tez-tez ayrılacağı xəbərləri yayılsa da, o, klubunu dəyişməyi planlaşdırmır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Arauxo karyerasının sonuna qədər “Barselona”da oynamaq istəyir.

Uruqvaylı futbolçunun arzusu komandanın kapitanı kimi UEFA Çempionlar Liqasını qazanmaqdır.

Arauxo bu ilin yanvarında Kataloniya klubu ilə müddəti 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. O, cari mövsümdə “Barsa” ilə 5 oyunda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button