
“Barselona” İtaliya klubunun 60 milyon avroluq təklifindən imtina edib
“Yuventus” qış transfer pəncərəsində “Barselona”nın müdafiəçisi Ronald Arauxonu transfer etməyə çalışıb.
Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, Turin klubu uruqvaylı futbolçunu yanvarda əsas hədəflərindən biri kimi müəyyənləşdirib və onun üçün 50 milyon avro və 10 milyon bonus ödəməyə hazır olduğunu bildirib. Lakin Arauxo qalmağı və Kataloniya klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzatmağı seçib.
25 yaşlı müdafiəçi bu mövsüm 8 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, zədə səbəbindən mövsümün ilk yarısını buraxmalı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin