Növbəti dəfə zədələnən Arauxo ilə bağlı açıqlama

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Ronald Arauxonun zədəsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı gözləmək lazım olduğunu bildirib:

“Arauxonun vəziyyəti? Sabah (bu gün) lazımi müayinələr olacaq, gözləmək lazımdır. Ümid edirik ki, zədə ciddi deyil”.

Uruqvaylı futbolçu dünən baş tutan “Sevilya” ilə oyunun (4:1) 22-ci dəqiqəsində əvəzlənib. İlkin məlumatlara görə, 25 yaşlı mərkəz müdafiəçisi təxminən üç həftə meydana çıxa bilməyəcək.

Arauxo yayda aldığı zədə səbəbindən bu mövsüm “Barselona”nın heyətində cəmi 8 oyunda iştirak edib. O, iyuldan yanvara kimi meydanda görünməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button