
Arauxo oyuna çıxmadı, qardaşı qalmaqallı paylaşım etdi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasındakı son qarşılaşmada müdafiəçi Ronald Arauxoya şans verməyib.
PSJ ilə keçirilən matçda kataloniyalılar evdə 1:2 hesabı ilə məğlub olub. 26 yaşlı futbolçu ehtiyat oyunçular skamyasında oturub və meydana daxil olmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan dərhal sonra uruqvaylı futbolçunun qardaşı sosial şəbəkədə səs-küy doğuran paylaşım edib.
O, “indi kimi günahlandıracaqsız? Arauxonu?” – yazaraq, gülüş emosiyaları əlavə edib.
Arauxo əvvəllər azarkeşlərin sərt tənqidlərinə tuş gəlib. Xüsusən, 2024-cü ilin yazında PSJ-yə 1:4 hesabı ilə uduzulmuş matçda qırmızı vərəqə almış, bundan sonra fanatlar onun ünvanına təhqiramiz ifadələr yazmışdılar.
Bizi Facebook-da izləyin



