Arauxo hakimlərdən şikayətləndi: “Onlar həmişə bizə qarşıdırlar!”

“Barselona” bazar günü La Liqa matçında “Sevilya”ya ağır məğlubiyyətlə üzləşib (1:4).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sevilya”nın oyunun əvvəlində penalti qazanması Kataloniya klubunun mərkəz müdafiəçisi Ronald Arauxonu qəzəbləndirib və o, bunu deyib:

“Onlar həmişə bizə qarşıdırlar! Həmişə bizə qarşıdırlar”.

Aleksis Sançes penaltini qola çevirib. Fasiləyə kimi hesab 2:1 olub və Arauxonu Erik Qarsiya əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button