Arauxo yeni müqavilə bağlamasa, satılacaq
“Barselona”nın müdafiəçisi Ronald Arauxo yaxın gələcəkdə komandasını tərk edə bilər.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu yaxın aylarda klubla müqaviləsini yeniləməsə, böyük ehtimalla, qarşıdakı yayda satılacaq.
Arauxonun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Kataloniya klubu 25 yaşlı müdafiəçisini pulsuz itirmək istəmir, buna görə də, onunla müqaviləni uzatmaq niyyətindədir.
Arauxonun adı daha əvvəl “Bayern”lə yanaşı hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin