Arauxo İtaliya klubunun transfer siyahısındadır

“Barselona”nın müdafiəçisi Ronald Arauxo yay transfer pəncərəsində Kataloniya klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” uruqvaylı futbolçu ilə maraqlanır. Turin klubu yay transfer pəncərəsində müdafiəçini heyətinə qatmağı planlaşdırır. Potensial müqavilə 50 milyon avro dəyərində qiymətləndirilir.

Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2031-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button