Xavi onun satılmasını istəmir

“Barselona”nın müdafiəçisi Ronald Arauxo karyerası ilə bağlı vacib qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu rəhbərliyin onu başqa kluba satmaq istəyi ilə bağlı şayiələrə baxmayaraq, “Barselona”da qalmaq istəyir.

Kataloniyalıların baş məşqçisi Xavi klub rəhbərliyinə Arauxonun heç bir halda satılmamasının lazım olduğunu deyib. Xavi uruqvaylı futbolçunu top-oyunçu hesab edir və onunla yolların ayrılmasını istəmir.

Daha əvvəl bu yay uruqvaylı müdafiəçi üçün təxminən 100 milyon avro ödəməyə hazır olduğu iddia edilən “Bayern”in Arauxo ilə maraqlandığı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button