“Barselona”nın futbolçusu əməliyyat olundu – DÇ-2022-ni buraxa bilər
“Barselona” klubunun və Uruqvay millisinin futbolçusu Ronald Arauxo əməliyyat olunub.
Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçiyə Finlandiyanın Turku şəhərində cərrahi müdaxilə olunub.
Arauxo İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə zədələnib. Onun 20 noyabr-18 dekabrda Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.
Arauxo 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin