İstəyəni çox, təklif verəni yox

Ronald Arauxonun “Barselona”da qalacağına dair ehtimallar artır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, uruqvaylı müdafiəçinin transfer hüququ iyulun 1-dən 15-dək 60 milyon avroya əldə oluna bilər, ancaq bu müddət ərzində onunla maraqlanan klublardan konkret təklif daxil olmayıb.

Arauxo artıq komandaya qayıdıb və fərdi proqram əsasında məşqlərə başlayıb. Bu isə onun yeni mövsümdə “Barselona”nın əsas heyətində yer almaq istəyindən xəbər verir.

26 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button