Arauxo qərar verməlidir – Yoxsa…
“Barselona” müdafiəçisi Ronald Arauxo ilə yollarını ayıra bilər.
Komanda.az AS-a istinadən xəbər verir ki, “Barsa” uruqvaylı futbolçuya yeni müqavilə təklif etsə də, o, klubun şərtləri ilə razılaşmağa tələsmir.
Arauxo razılaşmasa, o zaman “Barselona” müdafiəçini satmağa hazır olacaq. Kataloniyalılar onun satışından ən azı 80 milyon avro qazanmağı gözləyirlər.
25 yaşlı müdafiəçi ilə “Çelsi”nin və “Mançester Yunayted”in maraqlandığı bildirilirdi. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin