Arauxo “Barselona”dan ayrılmaq haqda düşünür

“Barselona”nın müdafiəçisi Ronald Arauxo klubdan ayrılmaq imkanını nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

26 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 2031-ci ilə qədər qüvvədə olsa da, Arauxo kifayət qədər oyun praktikası əldə etməzsə, rəhbərlikdən başqa komandaya keçmək üçün icazə istəyə bilər.

Uruqvaylı futbolçu cari mövsümdə La Liqada iki oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button