“Arsenal” isveçli hücumçu ilə anlaşıb

“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşlə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin anlaşmasına görə, müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

İsveçli futbolçuya daha əvvəl “Mançester Yunayted” də maraq göstərmişdi. Ancaq Qyokereş UEFA Çempionlar Liqasında iştirak etməyəcək komandaya keçməkdən imtina edib.

27 yaşlı forvard son mövsümdə “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button