“Yamalın çox qol vurmamasının heç bir əhəmiyyəti yoxdur” – Sabiq futbolçu

“Barselona”nın sabiq hücumçusu Serxio Aquero Kataloniya klubunun vingeri Lamin Yamal haqda fikirlərini açıqlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Yamal komanda oyunçusudur və onun çox qol vurmamasının heç bir əhəmiyyəti yoxdur. Onun çoxlu ötürmələri var və o, daim komanda üçün şanslar yaradan biridir”.

Yamal əla mövsüm keçirib, lakin daha çox qol vurmaq istədiyini etiraf edib. 17 yaşlı futbolçu “Barselona”ya La Liqa və Kral kubokunu qazanmağa yardımçı olub. O, son mövsümdə keçirdiyi 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button