Sabiq futbolçudan De Bruyneyə: “Sən “Mançester Siti”ni möhtəşəm etdin”

Kevin De Bruyne artıq cari mövsümün sonunda “Mançester Siti”ni tərk edəcəyini açıqlayıb.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin açıqlamasına “şəhərlilər”in keçmiş futbolçusu Serxio Aquero sosial şəbəkə hesabındakı paylaşımında münasibət bildirib:

“Sən “Mançester Siti”ni möhtəşəm etdin və hər şeyin ən yaxşısına layiqsən. Birlikdə uzun illər keçirmək və böyüməyə kömək etmək mənim üçün şərəfdir. Hər şey üçün təşəkkürlər, əfsanə!”

De Bruyne 2015-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. Onun komandasının İngiltərə Premyer Liqasındakı növbəti oyunu aprelin 6-da “Mançester Yunayted”lə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button