Aquero millinin düşərgəsində – FOTO

“Mançester Siti”nin və “Barselona”nın keçmiş hücumçusu Serxio Aquero Argentina yığmasının Qətərdəki məşq düşərgəsində görüntülənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçi Nikolas Otamendi Aqueronun Dohadakı məşq meydançasında vurduğu qolu sosial mediada paylaşıb.

Aquero ötən ilin sonlarında ürəyində yaranan problemə görə “Barselona”dan ayrılıb və futbolçu karyerasını bitirib. Keçmiş futbolçu Argentina milli komandasında 101 oyun keçirib, 41 qol vurub.

Argentina millisi DÇ-2022-nin final matçında Fransa ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button