Aquero Avropadan gedir? – Klub prezidentiylə görüşdü

“Mançester Siti”nin futbolçusu Serxio Aquero Argentinanın “İndependente” klubunun prezidenti Pablo Moyano ilə görüşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, yetirməsi olduğu klubun rəhbəriylə İngiltərədə görüşüb. Görüşdə Aqueronun keçmiş komandasına qayıtmaq barədə müzakirə aparmadığı bildirilib. Hücumçu daha sonra “İndependente”dən olan bir funksionerlə bu məsələylə bağlı görüş keçirəcək.

“Mançester Siti” ilə 2021-ci ilə qədər müqaviləsi olan Aquero, bir müddət əvvəl karyerasının sonlarına yaxın “İndependente” klubuna qayıdacağını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button