Aquero: “Mançester Siti” istənilən turnirin favoritidir”
Argentinalı sabiq hücumçu Serxio Aquero “Mançester Siti”nin qarşıdan gələn klublararası dünya çempionatında şansları haqda fikirlərini bölüşüb.
Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mançester Siti”nin sabiq hücumçusu bu komandanın istənilən turnirin favoriti olduğunu bildirib:
“Mançester Siti” istənilən turnirin favoritidir. Komanda zirvədə qalır, çünki Pep Qvardiola qalibiyyət zehniyyətini necə qoruyub saxlamağı bilir. İldən-ilə yaxşı nəticələr göstərirlər və buna görə də onları turnirin favoriti hesab etmək olar. Qvardiola heç vaxt dincəlmir”.
“Şəhərlilər” son bir ayda ciddi tənəzzülə uğrayıb. Komanda son 10 oyunda cəmi bir qələbə qazanıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin