Aquero MS – “Real” oyununa görə 10 min dollar itirib
“Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero İngiltərə klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la matçının ilk yarısında ən azı iki qolun vurulacağına dair mərcdə 10 min dollar itirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mərc onlayn mərc brendlərindən biri ilə əməkdaşlıq çərçivəsində edilib.
Oyun “Real”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”də hər iki qolu komandanın norveçli hücumçusu Erlinq Haland vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin