Aquero karyerasını başa vuracağı klubu açıqladı
İngiltərə çempionu olan “Mançester Siti”nin argentinalı hücumçusu Serxio Aquero gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu ardıcıl ikinci mövsüm çempion olduğu bu klubla qüvvədə olan müqaviləsinin sonunadək İngiltərədə oynamaq istədiyini bəyan edib.
Aqueronun MS ilə müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi. Serxido bu klubdan ayrılandan sonra isə, ölkəsi Argentinaya qayıtmaq arzusunda olduğunu bəyan edib. Məsələ burasındadı ki, o, karyerasını futbola başladığı “İndepentyente” klubunda başa vurmaq istəyir:
“İndependyente” azarkeşləri nə vaxtsa bu kluba qayıdacağımı maraqla gözləyir. Hazırda qarşıdakı iki mövsümü “Mançester Siti”də keçirməyə köklənmişəm. Bu iki ildə nələr olacağını görəcəyk. Amma “İndependyente” hər zaman mənim üçün ilk sırada olacaq”.
Argentinalı hücumçu 2006-cı ildə “İndependyente”dən Madrid “Atletiko”suna 38 milyon avro qarşılığında transfer olunub. 2011-ci ildən isə o, “Manchester Siti”də forma geyinir. Bu müddətdə o, 4 dəfə Premyer Liqanın qalibi olub, 1 dəfə İngiltərə kubokunu, 4 dəfə Liqa kubokunu, 2 dəfə İngiltərə superkubokunu qazanıb. 8 il ərzində bütün turnirlər çərçivəsində 231 qola sevinən Aquero, son mövsümdə “Mançester Siti”nin çempionluğuna 21 qol, 7 məhsuldar ötürmə ilə töhfə verib.
Bizi Facebook-da izləyin