Aquero 3 ay oynamayacaq – ürəyindəki problemə görə

İspaniyanın “Barselona” klubu La Liqanın 12-ci turu çərçivəsində baş tutan “Alaves”lə oyundan (1:1) sonra xəstəxanaya aparılan Serxio Aqueronun səhhəti ilə bağlı məlumat yayıb.

Komanda.az xəbər verir ki, argentinalı hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoyulub.

Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı forvardın buna görə 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Xatırladaq ki, “Alaves”lə matçın gedişində nəfəs darlığından əziyyət çəkən Aquero 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button