“Aqressiv və sürətli oyun göstərməliyik” – Alleqri

Çempionlar Liqasının 1/4  final mərhələsi çərçivəsində “Ayaks”ı qəbul edəcək “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçuların son vəziyyəti ilə bağlı danışan mütəxəssis, çətin rəqibə qarşı oynayacaqlarını deyib:

“İlk oyunun nəticəsi hələ nəsə demək deyil. Qarşıda fərqli bir matç var və bu oyunda “Atletiko”ya qarşı oynadığımız kimi, eyni ruhla oynamalıyıq. Rəqibə hörmət edirik, çox güclü komandaya qarşı oynayacağıq. Aqressiv və sürətli oyun göstərməliyik.

Duqlas Kosta hazırda mükəmməl formada deyil. Buna baxmayaraq, onun azı 30 dəqiqə oynaya biləcəyinə ümid edirəm. Kriştiano Ronaldo isə ilk oyunla müqayisədə, artıq daha yaxşı vəziyyətdədir”.

İtaliyalı mütəxəssis, rəqibin futbolçusu Frenki de Yonqla bağlı da danışıb:

“De Yonq matçda iştirak etsə, ona təzyiq göstərmək məcburiyyətində qalacağıq. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyiriksə, onun meydanda olub-olmamasından asılı olmayaraq, yaxşı oyun göstərib, qələbə qazanmalıyıq”.

“Yuventus” – “Ayaks” matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button