“Aqollinin gedişindən sonra “Qarabağ” çox zəifləyib” – Albaniyalı futbolçu
İtaliya B Seriyasında çıxış edən “Peskara”nın albaniyalı futbolçusu Ledian Memuşay “Qarabağ”la qarşılaşacaq “Partizani” ilə bağlı açıqlama verib.
Komanda.az Albaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Ağdam təmsilçisi ilə üz-üzə gələcək Albaniya klubunun şanslarını dəyərləndirib:
“Partizani”ni Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iki çətin matç gözləyir. Buna baxmayaraq, düşünürəm ki, Ansi Aqollinin gedişindən sonra “Qarabağ” çox zəifləyib (gülür). İnanıram ki, bu mərhələdə hər şey Albaniya klubu üçün yaxşı nəticələnəcək”.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab matçları isə 16-17 iyulda keçiriləcək.
Bizi Facebook-da izləyin