Aqolli Azərbaycanla vidalaşır
Uzun illərdir “Qarabağ”da forma geyinən Ansi Aqolli Ağdam klubundan ayrılır.
Komanda.az xəbər verir ki, albaniyalı müdafiəçi Azərbaycan Premyer Liqasının martın 15-də keçiriləcək 21-ci turunun oyunlarından sonra “köhlən atlar”la vidalaşacaq. “Qarabağ” 21-ci turda “Səbail”in qonağı olacaq.
Aqolli Azərbaycandan ABŞ-a – ailəsinin yanına gedəcək. Bu barədə “Xəzər” TV-nin aparıcısı Ceyhun Rzayev sosial şəbəkə hesabından yazıb:
“Azərbaycanda iz qoymuş əcnəbi futbolçuların başında gəlir. Ana dili albancadan başqa, Azərbaycan, rus, ingilis və italyan dillərini də bilir. Yad ölkədə və eyni klubda 9 il oynamaq zarafat deyil. ABŞ-da bir mövsüm keçirdikdən sonra karyerasını bitirəcək. Futboldan kənarlaşmayacaq; məşqçi, menecer və ya funksioner kimi işləyəcəyinə qərar verməyib. “Səbail”lə matçdan sonra Azərbaycandan ayrılıb həyat yoldaşı və övladının yanına – ABŞ-a yollanacaq. “Greencard” udub və birdəfəlik Amerikada məskunlaşacaq”.
Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edir.
Bizi Facebook-da izləyin