
Aqil Nəbiyev: “İnanıram ki, kuboku birlikdə götürəcəyik”
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi MDB Oyunlarında Qırğısıtanla matçda qələbə qazanıb.
Komanda.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Aqil Nəbiyev açıqlama verib. O, matçın çətin keçdiyini deyib:
“Oyunun çətin, rəqibin aqressiv olacağını bilirdik. İki fərqli hissə izlədik. İkinci hissədə daha çox top saxladıq. Finala vəsiqə qazandıq. Rusiya və Belarus komandalarından birini gözləyirik. Fürsətlərdən istifadə etsəydik, hesab daha böyük ola bilərdi”.
Nəbiyev çempion olacaqlarına inandığını bildirib:
“AFFA rəhbərliyi yanımızdadır. İnanıram ki, finalda da yanımızda olacaqlar. Həmçinin, azarkeşlərlə bağlı da eyni sözləri deyərdim. Artıq komanda kimi formalaşmışıq. Aramızda koordinasiya var. Son oyunlarda qələbələr ard-arda gəlir. İnanıram ki, kuboku birlikdə götürəcəyik”.
Azərbaycanın U-16 millisi Qırğızıstanı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Bizi Facebook-da izləyin



