Aqil Nəbiyev: “Komandamız final matçına hazırdır”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi MDB Oyunlarında Rusiyaya qarşı keçirəcəyi final matçına hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis bildirib ki, turnirə gələrkən məqsədləri əvvəlcə finala yüksəlmək, ardından çempion olmaq idi:

“Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq. Sabahkı oyun bizim üçün çox önəmlidir. Komandamız final matçına hazırdır. Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır. Finalda favorit olmur, komandaların şansları yarı-yarıyadır”.

Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb:

“Sabahkı qarşılaşmada komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz sabah bizim yanımızda olacaqlar. Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdır. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik”.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan (U-16) – Rusiya (U-16) matçı saat 14:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button