“Qarabağ”ın rəqibi baş məşqçisiylə yollarını ayırdı
APOEL klubu baş məşqçisi Tomas Dolla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda, Dollun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilir. APOEL Dolla komandanı Avroliqanın 1/16 final mərhələsinə çıxardığı üçün təşəkkür edib, ona şəxsi karyerasında uğurlar arzulayıb.
APOEL-in “sükan”ı müvəqqəti olaraq Lukas Hatziloukasa tapşırılıb.
APOEL Avropa Liqasının A qrupunda “Qarabağ”, “Sevilya” və “Düdelanj”la mübarizə aparır. 5 turdan sonra aktivində 7 xal olan Kipr təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin