“APOEL üçün önəmli olan Bakıda məğlub olmamaq idi”
APOEL-in sabiq futbolçusu Takis Antoniu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ” – APOEL oyunu haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Kipr mətbuatına danış 66 yaşlı mütəxəssis, 2:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“APOEL üçün önəmli olan Bakıda məğlub olmamaq idi. Qrupun qarşıdakı iki matçında qələbə arzulayırıq. Komandanın yaxşı potensialı var. Zəif nöqtələrimizi yaxşılaşdıraraq, bunu bacara bilərik. Sahib olduğumuz “material”la bir pillə də irəliləməliyik. Keyfiyyətli futbolçularımız olsa da, eyni səviyyədə oyun göstərməkdə çətinlik çəkirik. Fikrimcə, komandamız daha yaxşı çıxış etməlidir. Bir futbolçu ümumi ansambldan geri qaldıqda komanda çətinliklə üzləşir.
Məşqçinin hansı sistemdə oynadığına fikir vermirəm. APOEL-lə bağlı bir məqamı xüsusi qeyd etməliyəm. Oyunçuların səviyyəsini müzakirə etmirəm. Ancaq mərkəz rəqib üçün boş dəhlizə çevrilir, futbolçular ləng davranır. Nə qədər yaxşı olursan-ol, ürəyin yavaş döyünürsə, deməli, yaradıcılıqla bağlı probleminiz var. Daha yaxşı oynamağın lazım olduğunu deyəcək futbolçu yoxdu. Balans yaradacaq, sizi təəccübləndirəcək oyunçulara ehtiyac var”.
APOEL – “Qarabağ” oyunu noyabrın 7-də Nikosiyada keçiriləcək.
Bizi Facebook-da izləyin