“Burdan 1 xalla ayrıldığımız üçün şanslıyıq” – APOEL-in futbolçusu
APOEL-in futbolçusu Nikolas Yoannu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, Yoannu, 2:2 hesabıyla bitən oyun haqda bunları deyib:
“Qarabağ”la oyunun çətin olacağını bilirdik. Qrup şanslarımızı saxlamaq üçün ya qalib gəlməli idik, ya da heç-heçə etməli. Komanda yoldaşlarım əllərindən gələni etdilər. Hətta oyunun bəzi anlarında çox yaxşı oynadıq. Bundan da artığını etməliyik. Daya yaxşı futbol oynaya bilərik. Burdan 1 xalla ayrıldığımız üçün şanslıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin