Divizion matçına qar əngəli FOTO
Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub.
Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin