Ukrayna millisində ciddi itki
Ötən mövsüm “Jirona” ilə La Liqanın bombardiri olmuş “Roma”nın hücumçusu Artyom Dovbik sentyabrda Millətlər Liqasının oyunlarında Ukrayna millisinə kömək etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Dovbik zədə səbəbindən sentyabrda keçiriləcək Millətlər Liqasının oyunlarını buraxacaq.
Ukrayna yığması Millətlər Liqasında sentyabrın 7-də və 10-da ardıcıl olaraq Albaniya və Çexiya milliləri ilə qarşılaşacaq.
Ukraynalılar Almaniyada keçirilən son Avropa çempionatında qrup mərhələsi səddini aşa bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin