
Anyelli: “Yuventus”un bu yükü uzun müddət daşımasını istəmirəm”
“Yuventus”un sabiq prezidenti Andrea Anyelli klubun problemləri ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Anyelli, “qoca sinyora”nın yeni rəhbərliyinin kluba yönələn ittihamlarla heç bir əlaqəsinin olmadığını deyib:
“Yuventus”un bu yükü uzun müddət daşımasını istəmirəm. Yeni rəhbərliyin bu iddialarla heç bir əlaqəsi yoxdur. Mən şəxsən məhkəmədə özümü istənilən ittihama qarşı müdafiə edəcəm”.
Daha əvvəl maliyyə fırıldaqlarına görə “Yuventus”un İtaliya A Seriyasında 15 xal silinib. Komanda 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin