“Antonio Silvaya uduzsam, mütləq revanş olacaq”

“Ola bilsin ki, bu mənim sonuncu döyüşüm olmasın”.

Komanda.az xəbər verir ki, bu sözləri Bakıda vida döyüş gecəsi keçirəcək Azərbaycan kikboksçusu Zabit Səmədov deyib.

O bildirib ki, braziliyalı rəqibinə uduzsa, revanş döyüşü mütləq istəyəcək:

“Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm. Bildiyiniz kimi, mən Belarusda, o da Ukraynada yaşayıb. İstədim ki, doğma vətəndə – Azərbaycanda turnirdə çıxış etsin. Mənim sahib olduğum klubda məşq keçdi və dəvətimi yerə salmayıb, turnirə qatılmağa razılıq verdi. Alim “Glory” turnirində çıxış edir. Kifayət qədər tanınmış idmançıdır. Belə bir idmançının burada çıxış etməsi də böyük üstünlükdür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button